İşıq pulu verməyən villa sahibləri kimlərdir?

SOSİAL 19 fev 2020, 12:49

"İşıq pulu verməyən villa sahiblərinin adlarını açıqlayacayıq”.


Demokrat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev işıq pulu verməkdən yayınan villa sahiblərindən danışarkən deyib. 


Onun sözlərinə görə, elektrik xətlərinə qanunsuz müdaxilə edən şəxslərlə bağlı hüququ müstəvidə addım atılacaq:


"Biz hələ xəbərdarlıq etmişik. Lazm gələndə həmin şəxslərin adlarını da açıqlayacayıq. "Azərişıq” bu qədər işlər görür, çalışırıq ki, bütün abonentlərin şikayətlərini təmin edək, istəklərini həyata keçirək. Bütün elektrik xətləri yenilənir. Amma yenidənqurma halları aparılarkən bəzi neqativ hallarla qarşılaşırıq. Sayğaclara kənar müdaxilə faktları aşkarlanıb. Villalara sayğacdan kənar  xətlər qoşulub. Bu faktlar hazırda araşdırılır. Araşdırma başa çatan kimi həmin villa sahiblərinin adları açıqlanacaq. Bunu gizlətmək olmaz. Lazım gələrsə, hüquq mühafizə orqanlarına da müraciət olunacaq”.


Qeyd edək ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) varlıların villaları, onlara məxsus istixanalar və obyektlərin işıq pulu verməkdən yayınması barədə ilginc məlumat yayıb. Həmin məlumatda villası olan ev sahiblərinə xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top