Uğursuz diktorun SEÇKİ ŞOUSU

ŞOU-BİZNES 19 fev 2020, 12:10

Bəzən qoca yaşında yorğalayan insanları görəndə adam xəcalət çəkir. Biz “niyə beləyik” - deyə özümüz-özümüzə rişxənd edirik. Ağızlarının danışığını bilmir, cəmiyyətə dərs verməyə çalışırlar. Beləlilklə də cəmiyyət deqradasiyaya uğrayır, böyük-kiçik qalmır, həyatın nizamı pozulur. 


Haqqında söhbət açacağım insanın tipini son vaxtlar ard-arda buraxdığı səhvlərindən sonra tanımağa başladım. Uzun müddət Azərbaycan Televiziyasında diktor kimi fəaliyyət göstərib, indi təqaüddədir. Adı Xalidə, soyadı Əhmnədova, künyəsi də Gözəldir… 


Gözəlliyi ilə işimiz yoxdur. Olmaz axı, yaş ötüb, nəyi qalıb ki? Amma hərəkətlərini müzakirə etməyə dəyər.  


İlk dəfə Xalidə Gözəli talışları təhqir edəndə tanıdım. Qadın uzun müddət dövlət televiziyasında çalışıb, amma nə yazıq ki, dövlət tərbiyəsi ala bilməyib. Böyük bir xalqı efirdən təhqir edir, lakin heç bir cəza almır, yəni dövlət yenə də güzəşt edir, ictimai qınaq istisna olmaqla elə talışlar da abrlarına qısılıb heç bir söz demirlər… Amma bu Gözəl bir az sonra dövləti bəyənməyəcək, ona inanmayacaq. Bilirisiniz niyə? Çünki dövlət vaxtında buraxdığı səhvlərə görə bu gözəli cəzalandırmayıb, öz qanun adlı dəmir pəncəsi ilə təpəsinə yekə bir qapaz vurmayıb.  


Bəli, ölkədə multikulturalizmin dövlət siyasəti elan olunduğu bir vaxtda, Ümummilli lider Heydər Əliyevin “bu coğrafiyada yaşayan xalqlar bizim sərvətimizdir” dediyi bir zamanda, Prezident İlham Əliyevin ölkədə yaşayan bütün xalqlara qucaq açdığı bir dövrdə ağlına deyil, ağzına gələni danışan gözəllər daş-qalaq edilməli idi. Biz bir dəfə  - 90-cı illərdə  ağzıgöyçəklərin dillərinə və əllərinə hakim ola bilməmələrinin əziyyətini millət olaraq çəkmişik. Ölkə separatizmə yuvarlanıb, vətəndaş müharibəsi qapımızın ağzında dayanıb. Lakin bəzi gözəllərin səhvlərindən nəsibimizi almamışıq. 


Xalidə Gözəl də bir astaralı gəncə ləhcə ilə danışığını irad tutan zaman sosial şəbəkələrdə etirazlara səbəb oldu, yəni ictimai qınaq öz sözünü dedi.  Qadın yenə ağzının danışığını bilmədi, növbəti verlişdə həmin şəxslərin ünvanına “it hürər, karvan keçər”, “biz o səviyyəyə inmeyelim” kimi fikirlər səsləndirdi. 


Hələ o zamanlar bir nəfər Xalidə Gözələ etiraz edərək belə yazmışdı: “Saqqız çeynəyə-çeynəyə “get, o Talış ləhcəsini təmizlə ağzından” deyən və bir sonrakı buraxılışda sizin bu ləhcəyə qarşı nitqinizə etiraz edən insanlara “it hürər, karvan keçər”, “biz o seviyyəyə inmeyelim” deyən insan cəmiyyətə necə ağıl verə bilər? Efirdə saqqız çeynəmək ləhcə ilə danışmaqdan daha böyük ədəbsizlikdir. Efir mədəniyyətini ədəbsizliklə pozaraq bir millətin ünvanına “it hürər, karvan keçər” demək yarım əsrə yaxın diktorluq təcrübəsinə və talış torpağının gəlini olan bir qadına yaraşmaz! İşin ən təəccüblü yeri odur ki, Davud Əhmədov lənkəranlıdır və sizin həyat yoldaşınızdır. Gəlini olduğu torpağın millətini təhqir edən arvadı yetmiş yaşı da olsa, boşamaq lazımdır, Davud müəllim!”.

 

Image result for Xalidə Əhmədova


Daha sonra Xalidə Gözəl gəlinlik paltarında efirlərdə görünməyə başladı. Nəvəsini “bəy” edib, özü də ağ duvağa bürünüb milyonların qarşısına çıxıb ki, bəs, subay vaxtlarımda gəlinlik geyməmişəm, indi arzumu reallaşdırıram. Amma nəvəsi bu xəcalətə dözmədi, elə efirdəcə ürəyi getdi. Millət isə şokda, hamı bir-birinin qulağına bu sözləri pıçıldayırdı: bu adam nə yeyir, nə içir ki, bu yaşında belə ənrabadi hərəkətlər edir. 


Xalidə Gözəlin bu gözəlləməsinə ən yaxşı qiyməti elə o zamanlar hamımızın sevə-sevə izlədiyi telejurnalist Ləman Ələşrəfqızı verdi. Ləman xanım yazırdı ki, mən buna həm də mənəviyyatın faciəsi deyirəm: “Bayaqdan üzünü qırmızı duvaq altında gizlədən Xalidə arvad da duvağı, ya da ki, maskanı çıxarıb nəvəsinin üstünə cumur. Əli Mirəliyev keçəlinə əl atır, yolmağa tük tapmayınca tərini silir, çox güman ki, xəcalət tərini. Qısası, bütün maskalar yırtılır, sonra… Veriliş canlı olmadığı üçün sonra baş verənlər yenə də teatral davam edir. Sadəcə bəy kürsüsü boşdur. Yəqin, gəncin vəziyyəti stabilləşib ki, nənə yenə gəlinlik taxtına qalxıb, hətta əlinə xına da yaxdırır. Ən sonunda məlum olur ki, mərhum diktor Davud Əhmədov 50 il qabaq bu arvadı götürüb qaçıb və gəlinlik geyinmək ona qismət olmayıb. Yadıma Nəriman Həsənzadənin 60 ilin söhbəti şeiri düşür. O şeiri mütləq tapıb oxuyun. Dodağınızı qaçıracaq şeirdir. Allah Nəriman Həsənzadəyə ömür, Davud Əhmədova rəhmət eləsin. Kişi tam zamanında ölüb”.

 


  

Bu yerdə haşiyəyə çıxıb bir məsələni xüsusi qeyd edim ki, burada televiziyaları qınamaq, ittiham etmək doğru deyil. Onlara ara-sıra meymun lazımdır ki, oynatsınlar, tamaşaçı cəb etsinlər. Meymun da ki, bizim ölkədə çox…  


Xalidə Gözəl bu dəfə siyastçi kimi gündəmdədir. Parlament seçkilərində Hafiz Hacıyevin firqəsindən hansısa qeyri-müəyyən xanım namizədə vəkillik edən bu Gözəl internet televiziyalarda görünməyə başlayıb. Yenə də ağlına deyil, ağzına gələni danışır. Bu barədə uzun-uzadı danışmaq istəmirik. Ona görə ki, 72 yaşdan sonra bu Gözələ nə desək xeyri yoxdur.  


Əlavə şərhə ehtiyac duymadan dövlətə inanmadığını, seçkilərin anti-demokratik keçirildiyini iddia edən Xalidə xanıma bir-iki sual verək. 


Künyəsi Gözəl xanım, inanmadığın dövlətdə niyə yaşayırsan? İnanmadığın dövlətin müəssisələrə nə üçün gedib-gəlirsən (biz bilirik nə üçün gedib gəlirsən)?  


Güvənmədiyin dövlət təşkilatlarında adı gedən, özü isə iş üzü görməyən nəvəni niyə işə düzəltmisən? 


Bu kimi suallar çoxdur, lakin suallara cavab verib sizi bu qoca vaxtınızda xəcalət girdabına salmaq istəmirik. Gedin, 70 yaşında geyindiyiniz gəlinliyə tamaşa edə-edə Davud müəllimi xatırlayın. 


Etiraf edin ki, siz diktor olmusunuz, həm də uğursuz diktor, yazılanları oxumaqla kifayətlənmisiniz. Bu qoca vaxtınızda siyasətə girməyin, amandır, bax sonra demədi-deməyin,  boğularsınız.  


Elçin Rizvanoğlu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top