Çempionlar Liqası: "Liverpul" və PSJ uduzdu

İDMAN 19 fev 2020, 10:52

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.


Bu gecə İspaniya və Almaniyada iki görüş keçirilib. Madriddəki "Vanda Metropolitano" stadionunda "Atletiko" turnirin son qalibi İngiltərə "Liverpul"unu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 4-cü dəqiqədə Saul Nyiges vurub.


Dortmunddakı "Siqnal İduna Park"da isə "Borussiya" ilə Fransa PSJ-si üz-üzə gəlib. Görüşün ilk yarısında hesab açılmayıb. Qollar isə ikinci hissənin sonlarına doğru vurulub. 68-ci dəqiqədə meydan sahiblərindən Erlinq Holann hesabı açıb. 76-cı dəqiqədə Neymar bərabərlik qolunu vursa da, 78-ci dəqiqədə Holann yenidən fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 2:1.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 11-də keçiriləcək.


Çempionlar Liqası
1/8 final, ilk oyunlar
"Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0 (İkinci hissə)
Qol: Saul Nyiges, 4
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid, "Vanda Metropolitano"


"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) - 2:1 (İkinci hissə)
Qollar: Erlinq Holann, 68; 78 - Neymar, 76
Baş hakim: Mateo Laos (İspaniya)
Dortmund, “Siqnal İduna Park”

 

/Report/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top