Erkin Qədirli etirazçı namizədlərdən DANIŞDI

GÜNDƏM 18 fev 2020, 23:24

"Namizədlərin etirazları haqlıdır, burası öz yerində. Bununla belə, həqiqət odur ki, oğurlanan səslər namizədlərin deyil, seçicilərindir".


Demokrat.az xəbər verir ki, bunu 16 saylı Yasamal II seçki dairəsindən lider namizəd Erkin Qədirli deyib. ReAl təmsilçisi hesab edir ki, parlament seçkilərində səsverməyə gəlməyən seçicilərin səsi oğurlanıb: 


"Səsverməyə gələn seçicilərin sayı çox azdır, onların səsi sayılır, onlar etiraz edəsi deyillər. Səsverməyə gəlməyən seçicilərin səsi oğurlanır, etiraz etməli olan da onlardır. Di gəl ki, səsverməyə gəlməyən etiraz edəsi deyil. Odur ki, bütün çətinliklərlə baxmayaraq, seçkiləri təşviq etmək, seçicilərlə işləmək, səsvermənin önəmini vurğulamaq, daha çox seçicinin səsverməyə gəlməsi uğrunda çalışmaq gərəkdir. Bu, strateji hədəfdir, əlçatan fürsətlərin hamısından istifadə olunmalıdır. Qarşıda çox seçki olacaq, indidən hazırlaşmalıyıq".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top