"Mətbuata əvvəlcədən səhv məlumat verilib" — Bəxtiyar Hacıyev

GÜNDƏM 18 fev 2020, 22:42

"Mətbuata əvvəlcədən hazır məlumat verilib. İclasda başqa cür oldu"

 

Demokrat.az xəbər verir ki, bunu 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, MSK 6 məntəqənin ləğv edilməsi üçün təklif versə də razı olmayıblar: "MSK qərar vermədi 29-la baglı. Mətbuat səhv məlumat yayıb. 6 məntəqə ləğvi təklif olundu, razılaşmadıq, əlavə sübutları təqdim etdik. Onlar da araşdırılacaq. Qərar sonra olacaq".


Qeyd edək ki, MSK-nın 29 saylı Səbail seçki dairəsində 1,5,9,11,17,25  saylı məntəqələrin nəticələrinin ləğv etməsi ilə bağlı qərar qəbul etməsi haqqında ölkə mətbuatı məlumat yayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top