Əşrəf Qani yenidən prezident seçildi

HADİSƏ 18 fev 2020, 20:24

Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani rəsmi olaraq prezident seçkilərinin qalibi elan edilib.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müstəqil Seçki Komissiyasının sədri Hava Alam Nuristani keçirdiyi bildirib. 


Onun sözlərinə görə, Əşraf Qani seçicilərin 50.64% səsini toplayıb.


Qeyd olunub ki, ölkənin səs vermək hüququ olan və seçki məntəqələrinə gələn 923 mindən çox ölkə vətəndaşı ona səs verib.


İkinci yerdə 39,52% səslə ölkənin baş naziri Abdullah Abdullah, 3,85% nəticə ilə keçmiş baş nazir və Əfqan mücahidlərinin keçmiş lideri Gülbuddin Hekmatyar qərarlaşıb. (Azvision.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top