Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNAT

SOSİAL 18 fev 2020, 17:02

Baş Prokurorluqda yeni təyinat olub.


Demokrat.az xəbər verir ki, bununla bağlı baş prokuror Zakir Qaralov əmr imzalayıb.


Əmrə əsasən, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


Baş Prokurorluğun Mətbuat Xidməti faktı Oxu.Az-a təsdiqləyib.


Qeyd edək ki, H.Məmmədov daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top