Prezident sərəncam imzaladı

SOSİAL 18 fev 2020, 17:32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 


Bununla bağlı AZƏRTAC məlumat yayıb. 


Sərəncama əsasən, Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top