Azərbaycanda yeni sayt fəaliyyətə başladı

HADİSƏ 18 fev 2020, 18:53

Azərbaycan media məkanında yeni qadın saytı fəaliyyətə başlayıb.

 

Demokrat.az xəbər verir ki, Qadinklubu.com artıq internet istifadəçilərinin ixtiyarındadır.
 

Saytın təsisçisi və baş redaktoru Gülər Hüseynlidir.
 

Sayt əsasən xanım oxucular üçün nəzərdə tutulub. Hər yaş qrupundan olan xanımların marağına səbəb olacaq xəbərlər dərc olunacaq. Saytda ana və uşaq, sağlamlıq, gözəllik, dəb, həkim məsləhəti, pəhriz, evlilik, müsahibə, Azərbaycan və dünya mətbəxindən reseptlər və həmçinin digər mövzularda da yazılar, xəbərlər yer alacaq.
 

Gələcəkdə saytın rus və ingilis dilli bölmələrinin də yaradılması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top