"Paşinyan özünü uşaq kimi aparırdı" — Xocalı sakini

GÜNDƏM 18 fev 2020, 17:35

"Yüzlərlə zərərçəkən, girovluqdan və əsirlikdən qayıdan azərbaycanlı olduğu halda Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalıda ermənilərin törətdiyi soyqırımı üzərilərindən atmaq cəhdi yumşaq desək tərbiyəsizlikdir".


Bunu Demokrat.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı şəhər sakini Samirə Hüseynova deyib. 


O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla debatında erməni dövlət başçısının Xocalıda, ümumiyyətlə Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən qətliamları gizlətmək cəhdi uğursuz siyasi gediş idi: 


"Paşinyan özünü sanki uşaq kimi aparırdı. Qətliamlar, işğal faktı, 1988-ci ildən bu günə kimi azərbaycanlılara qarşı Ermənistanın törətdiyi cinayət hadislərini gizlətməyə başqa ad vermək olmaz. Mənim ailəm, qohumlarım, erməni işğalından bilavasitə zərər görüb. Atam Bakir Hüseynov, əmim Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov, babam və nənəm, o cümlədən onlarla yaxın qohumum Xocalının ermənilər tərəfindən işğalı zamanı şəhid olublar. Bütün bunları necə gizlətmək olar?! Nikol Paşinyan öz cəmiyyətini aldada bilər, amma faktlar hər şeyi olduğu kimi diqtə edir".


S. Hüseynovanın sözlərinə görə, Nikol Paşinyanın və Ermənistandakı hakimiyyət təmsilçilərinin bu kimi açıqlamaları Xocalıda qətlə yetirilən yüzlərlə günahsız azərbaycanlıların ruhuna həqarətdir. 


Ermənistanın inkarçılıq siyasətinə, faktları gizlətmək cəhdlərinə beynəlxalq təşkilatlar, əsasən də ATƏT-in Minsk qrupu öz mövqeyini bildirməlidir. Əks təqdirdə erməni həyasızlığının qarşısını almaq mümkün olmayacaq. 

 

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top