Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? — FOTOLAR

SOSİAL 18 fev 2020, 16:30

74 saylı Lənkəran kənd seçki dairəsində nəticələrin ləğvindən sonra Hadı Rəcəblinin hakimiyyətə qarşı münasibətinin dəyişdiyi barədə iddialar səsləndirilir.


Demokrat.az yenisabah.az-a istinadən xəbər verir ki, bu iddiaların bir səbəbi də Hadı Rəcəblinin əmisi oğlu Şadil Rəcəbovun sosial şəbəkələrdə etdiyi paylaşımlardır.


Şadil Rəcəbov əmisi oğlunun qalib elan edildiyi dairədə nəticlərin ləğvindən sonra sosial şəbəkələrdə müxalifyönlü paylaşımlar etməyə başlayıb. Əvvəllər daha çox iqtidarın xeyrinə olan paylaşımlar edən Şadil Rəcəbli indi müxalifətə yaxın müxtəlif platformaların məlumatlarını paylaşmağa başlayıb.

 

Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadı Rəcəblinin müxalifətə keçməsi barədə iddialar da bu müzakirələrin gedişində səsləndirlir.


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olan Hadı Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsinin qalibi elan edilib. Lakin bir neçə gün sonra həmin dairənin nəticləri ləğv edilib.
Şadil Rəcəbov Hadı Rəcəbliyə məxsus olduğu bildirilən "Palıdlı Sahil" istirahət mərkəzinin icraçı direktorudur.

Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? - Fotolar

Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? - Fotolar

 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top