"Jurnalist binaları"nın sakinləri BNA-ya müraciət etdi — MƏTN

“Jurnalist binaları”nın sakinləri sosial  şəbəkə vasitəsilə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlayıb.


Demokrat.az xəbər verir ki, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 22 -də yaşayan media mənsubları artıq uzun müddətdir ki, ictimai nəqliyyat problemindən əziyyət çəkirlər. 

 

Jurnalistlərin BNA-ya ünvanladığı tam mətni diqqətinizə çatdırırıq:


 

Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimliyə

 

Surəti: Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə


Bakı şəhəri Səbail rayonu Yeni Səlyan şossesi 22 -də yaşayan“Jurnalist binaları” kompleksinin sakinləri
tərəfindən


ƏRİZƏ


Cənab Vüsal Kərimli!


Biz “Jurnalist binaları”nın sakinləri 2013-cü ildən Azərbaycan Prespublikasının Prezidenti İlham Əliyevin ailələrimizə hədiyyə etdiyi binalarda yaşayırıq. Möhtərəm prezident bu yaşayış kompleksinin açılışında müvafiq qurumlara bina sakinləri üçün yaşayış minimuna uyğun şəraitin yaradılması üçün tapşırıqlar verdmişdi. Həmin həllini gözləyən məsələrin içərisində nəqliyyat probleminin həlli də nəzərdə tutulurdu. Biz aşağıda imza edən sakinlər diqqətinizə çatdırmaq istəyirik ki, təkcə 400 mənzildən ibarət Jurnalist binalarında orta hesabla 2000 nəfərə yaxın sakin yaşayır. Onların arasında bütün yaş həddində vətəndaşlarımız vardır. Salyan yolu massivinin üzərində həm də Abşeron Kristal binalarında yaşayan 1500-ə yaxın sakin vardır. Təkcə bu yaşayış komplekslərindəki sakinlərin 60 faizi hər gün nəqliyyat növü kimi avtobus marşrutlarından istifadə etmək məcburiyyətindədir. Bizim yaşadığımız ərazidəki digər yaşayış massivlərinin də sakinlərini bu siyahıya əlavə etsək, avtobus marşrutundan istifadə edən sərnişinlərin sayı daha da çoxalır. Bir mikrorayon sakini olan yaşayış massivinə yeganə 125 saylı avtobus marşrutu xidmət göstərir. Səhər və axşam pik saatlarında avtobus çox dolu olduğundan işə, dərsə, xəstəxanaya, mühüm və əhəmiyyətli görüşlərə tələsən vətəndaşlar avtobusun içərisindəki sərnişin sıxlığının səbəbindən yolda qalır, gecikirlər. Diqqətinizə çatdıraq ki, yeganə istifadımizdə olan 125 saylı avtobus marşrutu 28 Maydan Lökbatan qəsəbəsinə qədər 40-dan artıq dayanacaqda dayanıb sərnişin götürür. Bizim yaşayış massivinin 500-700 metrliyində olan 20-ci sahədə isə 5, 88, 6, 53 saylı marşrut avtobusları ağzıgünə dayanıb sərnişin gözləyirlər. Yollardakı sfetaforların yaşıl işıqları isə cəmi 15 saniyə yanır. Bu qısa müddətdə keçid zolağında yaşlı, qoca və uşaqların hər biri üçün qəza təhlükəsi yaranır. Dəfələrlərlə BNA-dan xahiş etsək də dayanacaqlarda Bakı KART yükləmə terminalı quraşdırılmayıb. Budurmu sizin yüksək səviyyəli xidmətiniz?


Azərbaycanda BNA adlı bir agentliyin mövcudluğu, vətəndaşlara, sərnişinlərə komfort yaratmaqdırsa, o zaman 125 saylı bir marşurutu 40 dayanacaqda saxlatmaqla, hansı komfortdan danışmaq olar?! Və biz Salyan yolu 22-dən 28 May dayanacağına qədər məsafəyə nəyə görə 40 qəpik ödəməliyik? Nəzərə alanda ki, elə ailələr var ki, bir gündə onların evindən 5-6 nəfər gedib-qayıtmaqla , adambaşına ən azı 80 qəpiyi ancaq 6-8 dayanacaq üçün xərcləyirlər.


Jurnalist binalarının sakinləri adından xahiş edirik ki, bizim Salyan yolu 22-yə xidmət edəcək, 20-ci sahəyə girmədən birbaşa Salyan yolundan keçən əlavə marşrut xətti açılsın. Və bu avtobus marşrutlarının yolu Elmlər Akademiyası, Milli Məclis, 20 yanvar, Ağ şəhər, Əhmədli istiqamətlərin əhatə etsin.


Vətəndaşların iş yerlərinə getmək üçün 2-3 marşrutdan istifadə etməsi, onların ailə büdcələrinə ciddi ziyan vurur. BNA yaranmazdan əvvəl vətəndaşlarımız daha az yol pulu xərcləməklə, daha çox yol qət edirdilər. BNA-nın yaratdığı yeni mənfəət mənbələri vətəndaşların ciddi narazılığına səbəb olur. Biz inanırıq ki, bu narazılıqların aradan qaldırılmasını siz də təqdir edərsiniz.


BNA sədri Vüsal Kərimli!
Ümid edirik ki, problemləri tez bir zamanda həll edəcəksiniz.


Biz aşağıda imza edənlər: 169 nəfər sakin.

Qoşma : 8 səhifə.

18 fevral 2020.

 

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

Aida Eyvazlı Eyvazova adlı şəxsin şəkli.

 

Demokrat.az

18 Fevral 2020, 19:06   
SOSİAL bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin