"Gilan Holdinq"in şirkətinin bank hesabına həbs qoyulubmuş

“Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri “Gilan Orchards” Məhmud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş.


Demokrat.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, “MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət “Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib. Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də “Gilan Orchards”ın “AFB Bank”dakı hesabına həbs qoyulub.


Məhkəmə prosesinin yekununa yaxın tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra “MET-AK” məhkəməyə müraciət edərək “Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib. Sazişə görə, “Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəyəcəyini öhdəsinə götürüb.


Fevralın 11-də keçirilən məhkəmə prosesində “Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.


Qeyd edək ki, “Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.


Demokrat.az

18 Fevral 2020, 18:40   
SOSİAL bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin