"New York Times" Qasım Süleymaninin yeni görüntülərini yayımladı — VİDEO

DÜNYA 18 fev 2020, 15:25

ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin yeni görüntüləri ortaya çıxıb.


Demokrat.az "New York Times"a istinadla xəbər verir ki, Qasım Süleymani son illərdə yaxın şərqdə ən güclü komandirlərdən birinə çevrilmişdi. O, SEPAH-ın qollarından biri olan "Qüds gücü" adlı hərbi birləşməni idarə edirdi. Süleymani uzun illər yaxın şərqdə İranın maraqlarını yüksək şəkildə müdafiə edib. Bu istiqamətdə onun əsas dəstəkçisi  Livanda yerləşən "Hizbullah" silahlı birləşməsi idi. Yeni ortaya çıxan videodan da göründüyü kimi Qasım Süleymani "Hizbullah" lideri ilə tez-tez görüşürdü.


Videoda yer alan fotolardan birində Süleymaninin anasının dəfn mərasimində həmin silahlı dəstənin yükəsək rütbəli üzvlərinin iştirak etdiyi görülür. Digər bir fotoda isə 2015-ci ildə öldürülən "Hizbullah" liderinin qəbri üstündə generalın dua etdiyi anlar yer alıb. "New York Times"ın verdiyi məlumata görə, son vaxtlar Süleymani ABŞ-ın İraqdakı səfirlikləri və bəzi strateji nöqtələrinə hücum etməyə başlamışdı. Bu hadisə də onun öldürülməsinə gətirib çıxardı.


Qeyd edək ki, Qasım Süleymani Bağdadda avtomobillə hava limanından çıxarkən ABŞ-a aid pilotsuz təyyarə tərəfindən vurularaq qətlə yetirilmişdi. (yeniavaz.com)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top