“Sığortamız yoxdur” — “Sədərək”də mağazası yanan sahibkar (VİDEO)

GÜNDƏM 18 fev 2020, 11:05

Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib. 


Demokrat.az xəbər verir ki, hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:


“Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.


Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib. 


“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.


Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb. (oxu.az)

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top