Bu gün MSK daha bir neçə müraciətə baxacaq

GÜNDƏM 18 fev 2020, 11:57

Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.


Demokrat.az “Report”a istinadən xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.


MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.


Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, MSK onlarla müraciəti araşdırılması üçün dairə seçki komissiyasına (DSK) göndərib.


Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:


- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə


- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli


- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu


- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top