Çində xəstəxana rəhbəri koronavirusdan öldü — FOTO

DÜNYA 18 fev 2020, 13:02

Uhan şəhərində “Uçan” xəstəxanasının baş həkimi koronavirusdan ölüb.


Bu barədə TASS Çinin Mərkəzi Televiziyasına istinadla məlumat yayıb.


Məlumatda bildirilir ki, Lyu Çjimin bu xəstəlikdən vəfat edən ilk tibb müəssisəsi rəhbəridir.


Qeyd edək ki, baş həkimin ölməsi barədə məlumat ötən gün yayılıb. Lakin sonradan bir çox yerli media bu xəbəri təkzib edib. Bu gün səhər isə onun yeni tip koronavirusdan ölməsi faktı təsdiqlənib.


Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin fevralın 14-də verdiyi məlumata görə, tibb işçiləri arasında yeni koronavirusa yoluxma hallarının sayı 1,7 min nəfəri keçib. (oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top