İcra başçısı köməkçisini işdən çıxardı

SOSİAL 18 fev 2020, 10:26

Yevlax Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.


Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax RİH-nin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib.


İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib.


A.Tağıyevin digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top