Kliniki Tibbi Mərkəzdə olan iki tələbə ilə bağlı SON XƏBƏR

SOSİAL 18 fev 2020, 12:36

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

 

Səhiyyə Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

 

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

 

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top