Bu ərazilərdə su olmayacaq

SOSİAL 18 fev 2020, 08:55

Bu gün Sumqayıtın bir sıra ərazilərinə içməli suyun verilməsində saat 09:00-dan 17:00-dək məhdudiyyətlər olacaq.


Demokrat.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatı ilə təmin edən 450 millimetrlik su boru xəttində yaranan problemlə əlaqədar olaraq 16, 17, 18-ci mikrorayonlarda, 48-ci məhəllədə, Corat qəsəbəsi və Bağlar massivinin bir hissəsində suyun verilişi dayandırılacaq.


Yaranacaq fasiləyə görə Sumqayıt Sukanal İdarəsi əhalidən üzr istəyir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top