İlkin Həsəni işdən çıxarılması xəbərinə münasibət bildirdi

ŞOU-BİZNES 17 fev 2020, 23:16

Televiziya aparıcısı İlkin Həsəni yazdığı statusa görə, ATV kanalından işdən çıxarılması haqqında məlumatlara münasibət bildirib.

 

Demokrat.az-ın məlumatına görə, aparıcı haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

 

"Dostlar salam, sosial şəbəkələrdə haqqımda yayılan məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir", - deyə aparıcı yarızaraft, yarı ciddi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top