"İqbal Ağazadə deyir ki, prezident olarsa, kişinin kişi ilə evlənməsinə icazə verəcək" — Rauf Arifoğlu

SOSİAL 17 fev 2020, 22:44

“Ümid Partiyasının sədri İqbal Ağazadə ilə məsələlərə yanaşmamız fərqlidir. İqbal Ağazadə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyir. Mən istəmirəm. Bunu Azərbaycana və türk dünyasına xəyanət hesab edirəm. O, 2009-cu ildən deyir ki, Türkiyə-Ermənistan sərhədləri açılmalıdır, münasibətlər düzəlməlidir, yəni Ermənistan güclənməlidir. Bu, onun məsələyə konseptual baxışıdır”.

 

Bunu nəticələri ləğv edilən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Rauf Arifoğlu deyib.

 

“Milli mentalitetimiz, dəyərlərimiz var. Rəqibim deyir ki, prezident olaramsa, təkcinsli insanların evlənməsinə icazə veriləcək. Yəni kişi kişi ilə, qadın da qadınla evlənə biləcək. Deyir ki, onlar da insandırlar, haqları qorunmalıdır. Bunun dəyərləri budur... Mən isə deyirəm ki, bu, milli mentalitetə ziddir, fərqimiz budur. Böyük ideoloji uçurumdur. Mən o insanın dəyərlər sistemində ola bilmərəm. O deyir ki, ölkədə fahişəxanalar yaradılmalıdır, fahişəliklə məşğul olan insanlar orada fəaliyyət göstərməlidirlər, onlar vergiyə cəlb edilməlidir. Hollandiya və digər Avropa ölkələrindəki kimi... Bu da milli-mənəvi dəyərlərimizə zidd olan məsələdir, buna şərait yaradılması mümkün deyil. Müsahibəsində deyir ki, narkotikdən istifadə etmişəm, 4 yaşında siqaret çəkmişəm, indi də çəkirəm. Bu açıqlamanı bir liderə ayıb sayıram, gənclər bunu oxuyub, siqaret çəkəcəklər...” – R.Arifoğlu qeyd edib. (Pravda.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top