İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? — ATV-dən AÇIQLAMA

ŞOU-BİZNES 17 fev 2020, 19:43

Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb.  Yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.

 

Demokrat.az bildirir ki, Azxeber.com məsələni dəqiqləşdirmək üçün ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov ilə əlaqə saxlayıb.
 
 
O bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu "Buğlama" şousu da yayımını davam etdirir. Onu da qeyd edim ki, "Buğlama" production layihəsidir".

 
İlkin Həsəni özü də bu məlumatı təkzib edib: "Sosial şəbəkələrdə haqqımda yayılam məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir". 


Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top