Ədliyyə naziri bu şəxsi yeni vəzifəyə gətirdi — TƏYİNAT

SOSİAL 17 fev 2020, 19:57

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. 


Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.


Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.


Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı Oxu.Az-a təsdiqləyib.


Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top