REAL Partiyasında bu şəxslər rəhbər vəzifələrə seçildilər – SİYAHI

İyulun 29-da Respublikaçı Alternativ Partiyasının (REAL) I Məclisinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda partiyanın strukturlarına – partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.

 

Azər Qasımlı partiya Məclisinin başqanı seçilib.

 

Natiq Cəfərli – icra katibi, Erkin Qədirli – xarici əlaqələr katibi, Xalid Bağırov – hüquq və seçki katibi, Rəsul Cəfərov – insan haqları və humanitar katib, Toğrul İsmayılov – insan resursları katibi seçilib.

 

Partiya Məclisinin katibi – İnara Manafova seçilib. Məclisin xarici siyasət komitəsinin başqanı – Mübariz Rəhimli, İqtisadi Siyasət Komitəsinin başqanı – Zöhrab İsmayıl, Təhlükəsizlik Komitəsinin başqanı – Cəsur Sümərinli, Hüquq Siyasəti Komitəsinin başqanı – Vəfa Rüstəm, Sosial Siyasət Komitəsinin başqanı – Toğrul Vəliyev seçilib.

 

Demokrat.Az

 

30 İyul 2018, 13:55   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß