"Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı" — Mübariz Mənsimov

GÜNDƏM 17 fev 2020, 08:30

Dünən Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər. Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentləri, həm də beynəlxalq hüquq baxımından Ermənistanın baş digasi Paşinyana diz çökdürdü. Paşinyan məcbur edildi ki, o, bir tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin. Üçüncü məqamı xüsusilə vurğulamaq istərdim. Paşinyan sadəcə küçə gədası kimi ağzına gələni danışırdı. Azərbaycan və Ermənistan rəhbərlərinin 2007-ci ildə Soçi görüşü yadıma düşdü. Prezident Putin bağlı qapılar arxasında tərəflərə müraciət edəndə ki, savaşmayın, çəkişməyin, Prezident İlham Əliyev çox gözəl tərzdə təxminən belə cavab vermişdi: “Çəki dərəcələrimiz fərqlidir. Mən onu bir dəfə vursam, palçıq olub divara yapışar, başqa planetə uçar.” O vaxt İlham Əliyevdən bunu soruşanda, o təsdiqlədi ki, belə bir hadisə olub. Mən bundan qürur duydum, hətta buna görə sayın Əliyevə öz minnətdarlığımı da bildirdim. Və dünən Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. İlham Əliyev Azərbaycanın dövlət başçısı onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq. Mən buna əminəm.

 

Mübariz Mənsimov, “Palmali” Şirkətlər qrupunun sahibi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top