Prezident debatda Paşinyana tarixi xatırlatdı

SİYASƏT 15 fev 2020, 20:49

“Biz ilk növbədə ona diqqət etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi necə həll olunmalıdır. Buna görə də, tarixə baxmaq lazımdır”.  

 

Demokrat.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən debatda deyib.  

 

Prezident bildirib ki, Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Ölkə başçısı qeyd edib ki, beynəlxalq aləmdə də Qarabağ Azərbaycanın torpağı kimi qəbul olunur.  

 

İlham Əliyev vurğulayıb ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkə başçısı tarixdən nümunələr gətirərək Qarabağın Azərbaycan torpağı olmasını əsaslandırıb. 

 

“Bütün bunlar tarixi faktlardır”, - deyə Prezident əlavə edib.  

 

İlham Əliyev daha sonra Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb: 

 

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb”.  

 

Prezident BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini də xatırladıb. 

 

Qeyd edək ki, debatın moderatoru Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallanderdir.  (oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top