Avropada koronavirusa görə ilk ölüm faktı qeydə alındı

DÜNYA 15 fev 2020, 19:52

Çinli turist Fransada koronavirus xəstəliyindən ölüb.


“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın səhiyyə naziri verib.


Beləliklə, bu, Avropada qeydə alınan koronavirusla bağlı ilk ölüm hadisəsidir.


Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1 500-ü ötüb, yoluxanların sayı isə 66 400-dən artıqdır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top