Qarabağda erməni əsgəri öldü

DÜNYA 15 fevral 2020, 10:19

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq hərbçi ölüb.


Demokrat.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın News.am saytı məlumat yayıb. Hərbçinin ölümünə səbəb güllə yarası olub.


Hadisə fevralın 14-ü saat 19:00 radələrində baş verib. Ayk Asryan adlı hərbçinin hansı şəraitdə ölməsi isə məlum deyil.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top