Bakıda zəncirvari qəza baş verdi — Yaralılar var (VİDEO)

HADİSƏ 15 fevral 2020, 09:35

Bakının Nizami rayonunda 4 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

 

"Renault" markalı nəqliyyat vasitəsinin qarşısına qəfil piyada çıxıb. Bu zaman ard-arda iki "Opel" və "Mitsubishi" markalı avtomobillər bir-birinə çırpılıb.

 

Qəza zamanı "Opel Astra" markalı avtomobildə olan 1996-cı il təvəllüdlü Abbasov Nicat Telman oğlu xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top