Deputat: “Müxalifətçilərin toyuna getmirəm, çünki mənim bir sifətim var”

SİYASƏT 14 fev 2020, 14:20

“Qohumların arasında müxalifyönlü yoxdur. Amma uzaq qohumlar var ki, onların hansı mövqedə olmasından xəbərsizəm. Yaxın qohumlarımın hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı Elman Nəsirov İctimai Televiziyada çıxışı zamanı deyib.

 

“Radikal müxalifət keçirdiyi mitinqlərlə sabitliyi pozmaq istəyirlər. Görəndə ki, o şəxslər xaricdəki ermənipərəst qüvvələrə xidmət edirlər, mən də insanam, emosionalam, ona görə də onlara qarşı çox sərt mövqedə dayanıram. Onların toylarına da getmirəm. Xatırlamıram ki, radikal müxalifətdən kiminsə toyuna gedəm və ya pul göndərəm. Belə hallar olmayıb, olmayacaq da. Mənim bir sifətim var, görəndə ki, o toyu edən şəxs Azərbaycanı dağıtmaq, ölkəni 1990-cı illərin əvvəllərinə qaytarmaq istəyir, belə olan halda, o insanla hansı ünsiyyətdən söhbət gedə bilər. Elə bir şəxsin toyuna getsəm, bilin ki, ikiüzlülük edirəm” – E.Nəsirov qeyd edib. (pravda.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top