Koronavirusun müalicə üsulu tapıldı

DÜNYA 14 fevral 2020, 13:15

Çin həkimləri koronavirusun effektiv müalicə üsulu barədə açıqlama veriblər.


Demokrat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, virusdan sağalmış xəstələrin qan plazmasının xəstəliyə yoluxanlara köçürülməsi səmərəli nəticə verir.


Çinin Xinhua agentliyinin verdiyi xəbərtə görə, xəstəliyə qalib gəlmiş insanların qanın plazmasında virusla mübarizə aparmağa qadir anticisimlər müşahidə olunub. Uhan həkimləri sağalmış şəxslərdən virusun qarşısını almaq üçün qan vermələrini xahiş edirlər. Yeni metopdla 10 nəfəri xilas etmək mümkün olub.


Hazırda Çində bu virusa yoluxanların sayı 63918 nəfərdir, 1488 nəfər ölüb, 6982 nəfər sağalıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top