Elman Nəsirov: “Elə səngərlər var ki, əsgərlər düz yeriyirlər, əyilməyə ehtiyac yoxdur”

SİYASƏT 14 fev 2020, 12:23

V çağırış Milli Məclisin deputatı Elman Nəsirov səsləndirdiyi “Erməni əsgərləri səngərdə əyilə-əyilə gəzirlər” fikrinə bir daha aydınlıq gətirib.

 

Demokrat.az bildirir ki, E.Nəsirov İctimai Televiziyada çıxışı zamanı deyib ki, ifadə konteksdən çıxarılaraq yayılıb: “Bu sözün müəllifi iki il hərbi xidmətdə, səngərlərdə olmuş insandır. Mənim ifadəmi konteksdən çıxararaq təqdim ediblər. Erməni əsgərinin 2016-cı ilin aprel döyüşlərindən sonra səngərin küncünə yıxılması kadrları yayılmışdı. Erməni zabiti səngərə daxil olanda, bütün əsgərlər ayağa qalxaraq onu salamlayıb, amma həmin əsgər qalxmayıb. Zabit soruşub ki, əsgər niyə qalxmır, yaralanıbmı? Bildiriblər ki, xeyr, yaralanmayıb, sadəcə, psixoloji sarsıntı keçirib, “gözünün odu” alınıb. O əsgər səngəri tərk edəndə əyilə-əyilə yeriyir. Mən bunu efirdən söyləyəndə erməni mətbuatı əleyhimə kampaniyaya başladılar ki, erməni əsgəri qorxaq deyil, onlar belə şey etməzlər. Müasir səngərlər var ki, dərindirlər, orada hərbi texnika da yerləşdirilir, orada əsgərlər düz yeriyirlər, əyilməyə ehtiyac da yoxdur”. (pravda.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top