Şirvanda yeni doğulan körpə öldü

HADİSƏ 14 fevral 2020, 11:31

Şirvan şəhərində iki gün əvvəl doğulan körpə ölüb.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib.


Bu gün səhər saatlarında körpə ölüb.


Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top