Tanınmış jurnalist ləğv olunmuş dairədən seçkilərə qatılır – FOTO

SİYASƏT 13 fev 2020, 22:23

Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı nəticəsi ləğv edilən 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

 

Demokrat.az xəbər verir ki, bu barədə N.Canbaxışlı özünün feysbuk səhifəsində yazıb.

 

“Əziz 33 saylı Xətai birinci seçki dairəsi ərazisində yaşayan dostlar, qardaşlar, analar-atalar, dəyərli böyüklər. Qərara gəldim ki, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimi irəli sürüm. Sizlərdən böyük dəstək gözləyirəm”- N.Canbaxışlı bildirib.

 

Xatırladaq ki,  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında dörd dairə üzrə seçkilərin nəticələri ləğv olunub. Fevralın 9-da keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən lider namizəd Hüseynbala Mirələmov idi.

 

Image result for nahid canbaxışlı

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top