Bakıda ağır qəza — 5 nəfər xəsarət aldı (VİDEO)

HADİSƏ 13 fevral 2020, 10:19

Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.


Demokrat.az Oxu.Az-a istinadla xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.


Hadisə nəticəsində Opelin sürücüsü İntiqam Məmmədov, Tofasin sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib.


Hadisənin təfərrüatları aparılan avtoekspertizanın sonunda bəlli olacaq.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 10:23
Top