Mehriban Sadıqova istefaya göndərildi

SİYASƏT 12 fev 2020, 12:46

“Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”.


Demokrat.az xəbər verir ki, bu barədə Modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.


Bildirilib ki, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.


Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi şəkildə tərk edəcəklər.


Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir, təşkilat üzvləri tərəfindən tələb edilirdi.


Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb. Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib.


Komitədən məlumatı təsdiqləyiblər.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top