Mikayıl Cabbarov: “Ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollara çatıb”

İQTİSADİYYAT 11 fevral 2020, 18:36

2019-cu il iqtisadi artım dinamikası 2,2%, qeyri-neft sektorunda artım dinamikası isə 3,5%-ə çatıb. 


Bunu “Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda bu gün keçirilən konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 


O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir. 

 

M.Cabbarov onu da qeyd edib ki, qeyri-neft ixracında da artım dinamikası müşahidə olunur:


“Qeyri neft sektoru 14% artaraq 2 mlrd. dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib”. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top