MSK İqbal Ağazadə ilə bağlı qərar verdi

SİYASƏT 10 fev 2020, 21:55

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

 

Demokrat.az Report-a istinadən xəbər verir ki, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

 

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

 

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top