MSK: "Sosial şəbəkələrdəki videogörüntülər araşdırılır"

SİYASƏT 10 fev 2020, 22:41

Sosial şəbəkələrdə paylaşılan materiallara hüquqi qiymət verilməsi üçün üzərində araşdırma işləri aparılır. 


Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. 


Onun sözlərinə görə, materiallara MSK-nın iclasında baxılması üçün hazırlıq işləri görülür: “Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq". 


MSK üzvü bildirib ki, seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopaylaşım var: “Onlar ümumilikdə 50-60 seçki məntəqəsini əhatə edir”. (Report)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top