Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş Naziri ilə görüşdü — FOTO

SİYASƏT 10 fev 2020, 22:01

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb.


AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanın dost Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin xalqlarımızın rifahına, bütövlükdə regionun inkişafına xidmət etdiyi, strateji tərəfdaşlığı daha da möhkəmləndirdiyi vurğulanıb. Görüşdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində ölkələrimizin fəal əməkdaşlığı qeyd edilib, tərəfdaşlıq əlaqələrinin genişləndiyi diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişafı istiqamətlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top