"Azərbaycanda seçkilər qanunvericiliyin tələblərinə uyğun keçirilib" — Rusiya XİN

SİYASƏT 10 fev 2020, 22:15

Rusiya Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonra da Milli Məclislə Rusiya Federal Məclisi arasında yaxın əməkdaşlıq əlaqələrinin davam edəcəyini güman edir.

 

“Report” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məsələyə dair açıqlamasında qeyd olunur:

 

“Seçkiləri çox sayda yerli (77 mindən artıq) və əcnəbi (883 nəfər), o cümlədən rusiyalı müşahidəçilər izləyib. MDB və ŞƏT müşahidəçilərinin rəyinə görə, seçkilər milli qanunların tələblərinə uyğun keçirilib, vətəndaşların hüquqlarının kobud şəkildə pozulması hallarına rast gəlinməyib. Yeni deputat heyəti ilə də Rusiya Federal Məclisi arasında hər iki dövlətin ənənəvi dostluq və strateji tərəfdaşlığa uyğun sıx konstruktiv əməkdaşlığın davam edəcəyini güman edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top