Ən az fərqlə qalib gələn deputatlar

SİYASƏT 10 fev 2020, 20:34

Mərkəzi Seçki Komissiyası dünənki parlament seçkilərinin ilkin nəticələrini açıqlayandan sonra məlum olub ki, bir neçə namizəd minimal faizlə lider olublar.


Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, maksimal göstərici 1 Saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb. Burada Vasif Talıbov 94,6 faiz səslə qalib gəlib. Digər namizədlər isə ortalama 45-70 faiz arasında səs toplaya biliblər. Lakin bu seçkidə aşağı faiz göstəricisi ilə qalib gələn namizədlər də diqqəq çəkib.


Belə ki, 79 Sayli İmişli Seçki Dairəsindən Razi Nurullayev 20,9 faiz səslə qalib gəlib. O, 41 min 804 seçicidən 2 min 703 səs ala bilib.


61 saylı Neftçala seçki dairəsindən keçmiş deputat Sabir Rüstəmxanlı 21,4 faiz səslə lider olub. Həmin dairədən 42 619 seçicidən 2 824 nəfəri S.Rüstəmxanlıya səs verib.


47 saylı Mingəçevir seçki dairəsindən YAP-ın namizədi Aydın Mirzəzadə 30,1 faizlə qalib gəlib. O, dairə üzrə 37 745 seçicidən 2550 səs alıb.


41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova 32,6 faiz səs yığıb. 43 149 seçicidən 3556 nəfər onun deputat seçilməsi istəyib.


16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli 35,6 faiz səslə lider olub. O, 35 257 seçicidən 2507 səs alaraq deputat mandatı əldə edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top