Xaçmazda gənc doğum gününü seçki məntəqəsində qeyd etdi — FOTOLAR

GÜNDƏM 09 fev 2020, 13:58

Seçkidə ilk dəfə iştirak edən Xaçmaz rayonunun Qaradağ Buduq kənd sakini Bahadır Müslümov seçki məntəqəsində xoş sürprizlə qarşılaşıb.


Demokrat.az xəbər verir ki, fevralın 9-da doğum gününü qeyd edən B.Müslümovu ilk təbrik edən 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 21 saylı məntəqəsinin komissiya üzvləri olub. 18 yaşı tamam olan gəncə Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsi təqdim olunub.


Təbriklərə görə minnətdarlığını bildirən gənc seçki gününə təsadüf edən ad gününün yaddaşında ən unudulmaz an kimi qalacağını deyib.


Qeyd edək ki, 21 saylı məntəqədə 1110 seçici qeydiyyatdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top