ATƏT PA müşahidəçisi: “Heç bir qayda pozuntusuna rast gəlməmişik”

GÜNDƏM 09 fev 2020, 12:23

ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçiləri Qubada seçki prosesini izləyirlər.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, onlar bir neçə seçki məntəqəsində olublar. ATƏT Parlament Assambleyasının Macarıstandan olan müşahidəçisi Aleksandra Dobolin bildirib ki, hər şey yaxşı təşkil olunub. 


“Bu, bizim müşahidə apardığımız birinci seçki məntəqəsidir”.  


O bildirib ki, ən az 10 məntəqədə müşahidə aparacaqlar. 


ATƏT Parlament Assambleyasının Valeri Şaqiyev bu vaxta heç bir qayda pozuntusuna rast gəlmədiklərini deyib. 


“Seçici aktivliyi bir az aşağıdır və amma günün birinci yarısıdır. Düşünürəm ki, nahara kimi seçki aktivlik artacaq”.


Qeyd edək ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda 6 deputat yeri uğrunda 76 namizəd mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top