Azərbaycan yeni parlamentini seçir — Səsvermə başladı

GÜNDƏM 09 fev 2020, 08:05

Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir. 

 

Demokrat.az-ın məlumatına görə, səsvermə 08:00-dan etibarən başlayır və saat 19:00-a qədər davam edəcək. 

 

Seçkilərdə 125 seçki dairəsi üzrə 1314 nəfər deputatlığa namizəd mübarizə aparır. Seçki 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində keçiriləcək. 

 

Rəsmi məlumata görə, Azərbaycanda Milli Məclisə seçkilərdə 5 milyon 329 min 460 nəfər şəxsin səsvermə hüququ var. 

 

Seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.

 

Seçkilərlə bağlı 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top