Salyana DİN-in xüsusi bölmələri yerləşdirilib — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 08 fev 2020, 23:48

Salyan rayonuna Çevik polis alayının qüvvələri yerləşdirilib.

 

Bunu jurnalistlərə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

 

Onun sözlərinə görə, DİN bu barədə bir neçə gün əvvəl məlumat yaymışdı.

 

E.Zahidov xatırladıb ki, nazir seçkilərlə əlaqədar fevralın 8-dən 11-dək asayişin və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin gücləndirilmiş iş rejiminə keçirilməsi və post-patrul bölmələrinin sayının artırılması barədə əmr imzalayıb.

 

Xatırladaq ki, dünən sosial şəbəkələrdə Salyan rayonundan deputatlığa namizədlər Fəzail Ağamalı və Kamil Musəvi arasında yaranmış münaqişə ilə bağlı video-görüntülər yayılıb.(Virtualaz.org)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top