Ukraynada Türkiyənin ilk səfirinin memorial lövhəsinin açılış mərasimi olub — FOTOLAR

SİYASƏT 08 fev 2020, 16:50

Ukraynanın paytaxtı Kiyevdə Türkiyənin bu ölkədə çalışan ilk səfirinin memorial lövhəsinin açılış mərasimi olub. 


Demokrat.az xəbər verir ki, tədbirdə Ukrayna və Türkiyə rəsmiləri iştirak ediblər. Bildirilib ki, 1918-ci ilin sentyabrından 1919-cu ilin fevralına qədər memorial lövhə qoyulan binada (indi “Premyer-Palas” hotelinin binası) ilk Türkiyə diplomatı Əhməd Muxtar bəy fəaliyyət göstərib.


Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə tədbirdən sonra AZƏRTAC-a müsahibəsində bildirib ki, Ukrayna-Türkiyənin diplomatik münasibətləri 100 ildən öncəyə təsadüf edir. 


Bu gün Əhməd Muxtar bəyin memorial lövhəsinin açılışı Ukrayna və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top