Ən yaşlı seçicinin adı açıqlandı — 126 yaşı var

GÜNDƏM 08 fev 2020, 20:21

Azərbaycanda növbədənkənar parlament seçkilərində 6189 nəfər ilk dəfə səs verəcək.


Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında bildirib.


MSK sədri deyib ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. 

Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var. 


99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top