Xidmət rəisindən SSRİ pasportu ilə yaşayanlara MÜRACİƏT

SİYASƏT 08 fev 2020, 10:38

Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov ölkədə SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib.


Demokrat.az bildirir ki, müraciət V.Hüseynovun rəsmi “Facebook” səhifəsində yayımlanıb.


V.Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır:


“Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa, onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiniz”. (Baku.ws)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top